Sürücülər Paşinyanın kortejinin keçdiyi yolu bağlayıblar

   Sürücülər Paşinyanın kortejinin keçdiyi yolu bağlayıblar
  01 Avqust 2022    Oxunub:1261
Bu gün Ermənistanda bir qrup sürücü etiraz aksiyası keçirib. AzVision.az xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanın kortejinin keçəcəyi ərazini əvvəlcədən müəyyən edərək Stepanavan-Vanadzor magistral yolunu bağlayıb.
Paşinyanın kortejinə qarşı təxribat - VİDEO
Sürücülər ölkədə bəzi avtomobillərlə bağlı şərtlərin sərtləşdirilməsinə etiraz ediblər.

Qeyd edək ki, bu gün Ermənistanda yeni reqlament qüvvəyə minib. Yeni qaydalara əsasən qazla işləyən avtomobillərin qaz balonlarına müvafiq sınaqdan keçib sertifikat aldıqdan sonra yanacaq doldurula bilər. Bu, xüsusilə kəndlilər, yük maşınlarının kənd təsərrüfatı işlərinə cəlb olunduğu ərazilərdə böyük narazılıq yaradıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Sürücü   Paşinyan  



Xəbər lenti