Çavuşoğlu: “Münaqişələr Türkiyəni yeni nəqliyyat dəhlizləri axtarmağa məcbur edir”

      Çavuşoğlu:    “Münaqişələr Türkiyəni yeni nəqliyyat dəhlizləri axtarmağa məcbur edir”
  02 Avqust 2022    Oxunub:1263
“Ukrayna və Əfqanıstandakı münaqişələr qurulmuş ticarət yollarını pozur və Ankaranı yeni nəqliyyat dəhlizləri axtarmağa vadar edir”. AzVision.az xəbər verir ki, bu barədə Özbəkistan, Türkiyə və Azərbaycanın xarici siyasət, ticarət və nəqliyyat idarələrinin rəhbərlərinin görüşündə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, bölgəyə və dövlətlərə birbaşa təsir edən Ukrayna və Əfqanıstandakı münaqişələr qlobal qeyri-sabitlik kontekstində nəqliyyat və kommunikasiya marşrutlarının şaxələndirilməsinin nə qədər vacib olduğunu göstərir: “Bunsuz ərzaq və iqtisadi təhlükəsizliyi təmin etmək çətindir”.


AzVision.az



Teqlər:



Xəbər lenti