Avropada qaz böhranı kəskinləşir

   Avropada qaz böhranı kəskinləşir
  02 Avqust 2022    Oxunub:1008
Avropada qaz böhranı kəskinləşir, qış yanacaq anbarları tezliklə boşalacaq.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Bank of America"nın araşdırmasında qeyd edilib.
Hesabatda qeyd edilir ki, son bir ay ərzində Avropada qazla bağlı vəziyyət “pis” ssenaridən sürətlə “dəhşətli” ssenariyə keçib.

Analitiklər vurğulayırlar ki, Rusiya Avropanın enerji resurslarının ən böyük tədarükçüsüdür və orada istehlak edilən qazın 40%-ni təşkil edir. Qərb ölkələri, xüsusən də Almaniya və Fransa qış aylarında yanacaq tədarükünü təmin etmək üçün qazdan istifadəni məhdudlaşdırmaq məcburiyyətində qalıblar. Belə ki, Almaniyanın bəzi şəhərlərində artıq tarixi abidələrin və binaların işıqlandırılması söndürülüb.

"Bank of America"nın məlumatına əsasən, Rusiya ilə Avropa arasındakı gərginlik enerji bazarına təsir edib və qazın qiyməti 200 avroya (204 dollar) çatıb. “Nəzərə alsaq ki, “Şimal axını” öz gücünün cəmi 20%-dən istifadə edir, qış dövrü üçün anbarlardakı qaz ehtiyatları yetərli olmaya bilər. Bu şəraitdə Aİ artıq qaz istehlakına geniş miqyaslı məhdudiyyətlər tətbiq etməyi planlaşdırır”, deyə məlumatda qeyd edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti