Rusiya hərbçiləri Ermənistan poliqonlarında kompleks təlimlərə başlayıb

   Rusiya hərbçiləri Ermənistan poliqonlarında kompleks təlimlərə başlayıb
  02 Avqust 2022    Oxunub:2033
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçiləri “Alaqyaz” yüksək dağlıq poliqonunda təlimlərə hazırlaşır. Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumata görə onlar təlimlər çərçivəsində ərazidə səhra komanda məntəqələrini yerləşdirəcək və tabeliyində olan bölmələrlə sabit rabitəni təmin edəcəklər.
Bildirilir ki, mütəxəssislər xüsusi avadanlıqlarla videorabitə idarəetmə məntəqələri təmin olunacaq, kommutasiya avadanlıqlarının və ən son nəsil rabitə vasitələrinin istismarı yoxlanılacaq.

"Həmçinin hərbi qulluqçuların üzərinə bütün növ rabitə vasitələrinin müdaxilədən mühafizəsi, məntəqələr arasında əlaqənin etibarlılıq və fasiləsiz işləməsi üçün yoxlamalar aparılması tapşırılacaq", - məlumatda deyilir.

Cənub Hərbi Dairəsinin mətbuat xidməti onu da bildirib ki, Gümrü və İrəvan hərbi qarnizonlarının ərazilərində hərbi bazanın yanğınsöndürmə briqadaları ilə xüsusi təlim keçirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Təlim   Rusiya  



Xəbər lenti