Erməni siyasətçi türk mallarının bazarı zəbt etməsinə etiraz etdi

   Erməni siyasətçi türk mallarının bazarı zəbt etməsinə etiraz etdi
  02 Avqust 2022    Oxunub:1522
Erməni siyasətçi, eks-deputat Anna Kostanyan şovinist və revanşist açıqlamalar verib. AzVision.az xəbər verir ki, yerli mediaya müsahibə verən Kostanyan Türkiyə istehsalı olan məhsulların Ermənistan bazarlarına nüfuz etməsini təhlükəli məqam sayıb.
- Türkiyə ilə sərhədlərin açılması ilə iqtisadi artımın olacağına dair miflərdən danışarkən, heç vaxt unutmayın ki, türk mallarına pul verməklə "Bayraktar" siyasətinin inkişafına töhfə vermiş olursunuz. Türklərin hər şeyi mənə qan qoxusu verir. Müşahidə etdim ki, son zamanlar Ermənistan bazarlarına türk malları daha surətli və aqressiv şəkildə nüfuz etməyə başlayıb. Onlar hətta İrəvan mağazalarında fəxrlə satılır. Davtaşendə çətin ki, Çin istehsalı olan bir şey tapa biləsiniz. Mən hələ göz oxşayan məişət dükanlarını demirəm. Mənim xalqım erməni məhsullarına etinasız yanaşaraq acgözlüklə ucuz türk mallarını alır, - eks-deputat iqtisadiyyatı krizis yaşayan ölkəsini qonşu ölkələrin məhsullarından imtina etməyə çağırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti