Putin-Ərdoğan görüşünün gündəliyi açıqlandı

   Putin-Ərdoğan görüşünün gündəliyi açıqlandı
  02 Avqust 2022    Oxunub:1511
Putinlə Ərdoğan Soçidə iqtisadiyyatı, Suriyanı və Ukraynanı müzakirə edəcək.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin, tərəflərin taxıl razılaşmasının reallaşması ilə bağlı müzakirə aparacaqlarını əlavə edib.

Qeyd edək ki, avqusutun 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Soçidə görüşəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti