Blinken: “Taliban Zəvahirini gizlətməklə öhdəliklərini pozdular”

      Blinken:    “Taliban Zəvahirini gizlətməklə öhdəliklərini pozdular”
  02 Avqust 2022    Oxunub:915
Radikal Taliban öz öhdəliklərini və vədlərini pozaraq “Əl-Qaidə” terror qruplaşmasının lideri Ayman əz-Zəvahirini Kabildə qəbul edib və onlara sığınacaq verib.
Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Onun sözlərinə görə, “Taliban” Doha razılaşmasını kobud şəkildə pozub və “Əl-Qaidə” liderini qəbul edib gizlətməklə terrorçuların digər dövlətlərin təhlükəsizliyini təhdid etmək üçün Əfqanıstan ərazisindən istifadə etməyə imkan verməyəcəkləri barədə vədlərini yerinə yetirməyiblər. Dövlət katibi qeyd edib ki, “Taliban” həm də əfqan xalqına xəyanət edib.

AzVision.az



Teqlər:



Xəbər lenti