Latviya keçmiş deputat Rusiyaya görə tutuldu

   Latviya keçmiş deputat Rusiyaya görə tutuldu
  02 Avqust 2022    Oxunub:1194
Hüquq-mühafizə orqanlarının əməkdaşları Riqa Şəhər Şurasının keçmiş deputatı Ruslan Pankratovu Rusiyanın Ukrayna ərazisində həyata keçirdiyi hərbi əməliyyata açıq dəstək verməkdə və beynəlxalq sanksiyaları pozmaqda şübhəli bilinərək saxlayıblar.
Bu barədə “LETA” agentliyi Latviyanın Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatlarına istinadən xəbər verir.

“Bazar ertəsi məhkəmə onun həbsi üçün sanksiya verib. Həbs iyulun 30-da olub”, - nəşr yazıb.
Keçmiş deputata qarşı “sülhə qarşı cinayətlər və müharibə cinayətlərinə ictimai şöhrət və bəraət qazandırmaq, habelə Avropa İttifaqı tərəfindən müəyyən edilmiş sanksiyaların pozulması” maddələri ilə cinayət işi açılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti