İspaniyada su qıtlığı: Maşınları yumaq, duş qəbul etmək qadağandır

      İspaniyada su qıtlığı:    Maşınları yumaq, duş qəbul etmək qadağandır
  02 Avqust 2022    Oxunub:1245
İspaniyanın əksər bölgələrində həddindən artıq istilər, yağışın demək olar ki, tamamilə olmaması su anbarlarının tükənməsini sürətləndirir.
Bu barədə “El Pais” qəzeti məlumat yayıb. Qeyd olunub ki, artıq bir sıra bölgələrdə suyun istifadəsinə məhdudiyyətlər qoyulub. İspaniyanın su təchizatı 41,3% təşkil edir ki, bu da əvvəlki illərin orta göstəricisindən demək olar ki, 20 bənd azdır. Mövcud vəziyyət Barselona, Malaga, Pontevedra və Uelva şəhərlərinin yaşayış məntəqələrində məhdudlaşdırıcı tədbirlərin görülməsi zərurətinə səbəb olub. Eyni zamanda, avqust ayında gözlənilən isti hava şəraiti və güclü yağışların olmaması fonunda İspaniya üzrə fövqəladə vəziyyət planları hazırlanır.

Problemlər fonunda Pontevedra meriyası şəhərin 83 min sakininə hovuzları doldurmağı, şəxsi avtomobilləri yumağı və bağçaları sulamağı qadağan edən fərman verib. Artıq Barselonanın 15 bələdiyyəsində də su məhdudiyyətləri tətbiq edilib. Uelvanın bir sıra yaşayış məntəqələrində gecə saatlarında su kəsilir. Malaqada isə bəzi yerlərdə quraqlıq olduğu üçün artıq çimərlikdə duş qəbul etmək mümkün deyil.

AzVision.az



Teqlər:



Xəbər lenti