Pelosi ABŞ-ın Tayvana dəstəkdən vaz keçməyəcəyini bəyan etdi

Pelosi ABŞ-ın Tayvana dəstəkdən vaz keçməyəcəyini bəyan etdi
  03 Avqust 2022    Oxunub:692
Birləşmiş Ştatlar Tayvanla olan davamlı dostluğu ilə fəxr edir və adanı dəstəkləmək öhdəliyindən əl çəkməyəcək. AzVision.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi çərşənbə günü Taypeydə adanın adminstrasiyasının rəhbəri Tsai İnqven ilə görüşü zamanı deyib.
Pelosi deyib: “Çox qürur duyduğum nümayəndə heyətimiz Tayvana olan öhdəliyimizdən əl çəkməyəcəyimizi, davamlı dostluğumuzla qürur duyduğumuzu açıq şəkildə bildirməyə gəldi".

Xatırladaq ki, avqustun 2-də ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Pelosinin olduğu təyyarə Taypey hava limanına enib. Çin isə “odla oynayaraq yanmaq riski” adlandırıb və ABŞ-a xəbərdarlıq edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti