Pelosi Tayvandan Yaponiyaya gedəcək

   Pelosi Tayvandan Yaponiyaya gedəcək
  03 Avqust 2022    Oxunub:1145
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Yaponiyaya səfəri avqustun 4-5-nə planlaşdırılıb və baş nazir Fumio Kişida ilə mümkün görüş barədə danışıqlar aparılır.
Bu barədə "Fuji" telekanalı məlumat yayıb. Qeyd olunub ki, görüş avqustun 5-də səhər saatlarında işçi səhər yeməyi formatında baş tuta bilər.

Bununla belə, Nazirlər Kabinetinin Baş Katibi Hirokazu Matsuno müntəzəm mətbuat konfransı zamanı Pelosinin səfəri ilə bağlı dəqiq tarix və ya başqa təfərrüatları açıqlamayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti