"Krım tatar azlığı istisna olmaqla Rusiyanın bölgəsi sayılır" - Şröder
- Kreml istəyərdi ki, vəziyyətdən çıxış yolunu danışıqlar vasitəsilə tapsın, - Şröder deyib.
O xatırladıb ki, Moskva və Kiyev martda danışıqlar aparıblar və Ukrayna taxılının ixracı haqqında saziş tərəflər arasında ilk diplomatik uğur sayılır. Bu uğuru inkişaf etdirmək olar.
- Bəlkə siz onu tədricən atəşkəsə doğru da genişləndirə bilərsiniz. Ukraynaya mümkün güzəştlərinin Rusiyanın əvvəlcədən diktə etdiyi sülh kimi qələmə vermək böyük səhv idi, - keçmiş kansler qeyd edib.
Şröder deyib ki, Krım tatar azlığı istisna olmaqla Rusiyanın bölgəsi sayılır və buna görə də Ukraynanın yarımadanı hərbi yolla geri qaytara bilməsi ilə bağlı tezisini absurd hesab edib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


