İrəvanda terror təhlükəsi: ABŞ vətəndaşlarına xəbərdarlıq etdi

      İrəvanda terror təhlükəsi:    ABŞ vətəndaşlarına xəbərdarlıq etdi
  03 Avqust 2022    Oxunub:900
ABŞ-ın İrəvandakı səfirliyi Ermənistanda olan Amerika vətəndaşlarına xəbərdarlıq edib. AzVision.az xəbər verir ki, səfirlik vətəndaşların təhlükəsizlik məqsədilə müəyyən ərazilərdən uzaq durmağı məsləhət bilib.
Söhbət avqustun 2-də Ermənistan Fövqəladə Hallar Nazirliyinə bir neçə strateji obyektdə partlayıcı qurğuların olması ilə bağlı məlumatın daxil olmasından gedir. Bunlar “Zvartnots” hava limanı, İrəvan metrosunun stansiyaları, İrəvan meriyası və Ermənistan parlamentinin binalarıdır.

ABŞ səfirliyi vətəndaşlarını məlumatlandırıb ki, təcili yardım və digər təhlükəsizlik xidmətləri "Zvartnots" hava limanında, bütün metro stansiyalarda, meriya və Parlamentdə bomba təhlükəsi ilə bağlı araşdırma aparır.

Səfirlik ABŞ vətəndaşlarını yerli medianı izləməyə, izdihamlı yerlərdən qaçmağa, dostlar və digər amerikalı ailələrə məlum təhlükəsizlik tədbirləri barədə məlumat verməyə çağırıb.

Qeyd edək ki, dünən axşam saatlarında Ermənistanda terror həyəcanı yaşanıb. Ölkənin güc strukturlarına "Zvartnots" hava limanı, metroda və meriyaya partlayıcı qurğuların yerləşdirilməsi barədə məlumat daxil olub. Araşdırmalardan sonra heç bir partlayıcı qurğu aşkar edilməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti