Ukraynada batalyon komandirləri əmrləri yerinə yetirməkdən imtina ediblər

Ukraynada batalyon komandirləri əmrləri yerinə yetirməkdən imtina ediblər
  03 Avqust 2022    Oxunub:945
Ukrayna ordusunun Xarkov yaxınlığındakı 132-ci kəşfiyyat batalyonunun bölmələrinin komandirləri yüksək itki verdikləri üçün komandanlığın əmrlərini yerinə yetirməkdən imtina ediblər. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, batalyon bölmələrinin komandirləri şəxsi heyətlə birlikdə Severski Donets çayını keçərək müvəqqəti dislokasiya məntəqəsinə yola düşüblər.

"Lvov vilayətinin Radexiv kəndi yaxınlığında yüksək dəqiqlikli uzaqmənzilli havadan buraxılan raketlər silah-surat anbarını məhv edib. Onlar Kiyev rejiminə Polşadan gətirilib və xaricdə istehsal olunubmu", - Nazirliyin məlumatında deyilir.
Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti