ABŞ Konqresinin üzvü yol qəzasında öldü

   ABŞ Konqresinin üzvü yol qəzasında öldü
  04 Avqust 2022    Oxunub:846
Nümayəndələr Palatasının (ABŞ Konqresinin aşağı palatası) üzvü, respublikaçı 58 yaşlı Ceki Valorski avtomobil qəzasında həlak olub.
AzVision.az xəbər verir ki, yol qəzasında avtomobildə olan siyasətçinin qərargahının əməkdaşı 28 yaşlı Emma Tomson və Sent-Cozef dairəsinin Respublikaçılar Partiyasının sədri 27 yaşlı Zak Potts a həlak olub.

Valorski ABŞ Nümayəndələr Palatasında həmin dairəni təmsil edirdi. O həm də Konqresdə veteranların işləri üzrə komitənin sədr müavini, koronavirusa qarşı mübarizə komitəsinin üzvü, baytarlıq təbabəti üzrə konqresmenlər fraksiyasının və “ABŞ-Yaponiya” kokusunun üzvü idi.

AzVision.az



Teqlər:





Xəbər lenti