Qarabağda yaralanan erməni əsgərlər İrəvana çatdırılıb

Qarabağda yaralanan erməni əsgərlər İrəvana çatdırılıb
  04 Avqust 2022    Oxunub:1077
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin terror-təxribat əməlləri cavabsız qalmadı. Ordumuz "Qisas" əməliyyatı ilə təxribatçılara ağır zərbə endirdi.
Bu gün Ermənistan mediası artıq yaralananların bir qisminin İrəvana çatdırılması barədə məlumat yayıb.

Sputnik Ermənistan tibb müəssisələrindən birindən aldığı məlumatı paylaşıb.

"19 hərbçi yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Birinin vəziyyəti isə son dərəcə ağır qiymətləndirilir. Həkimlər qalanların durumunu orta ağır qiymətləndiri. Hərbçilər əsasən qəlpə yaraları alıblar", - məlumatda deyilir.

Qeyd edilir ki, yaralılardan bəziləri əməliyyat olunub.

Xatırladaq ki, avqustun 3-də erməni silahlı birləşmələri təxribat əməlləri törədiblər. Cavab olaraq keçirilən əməliyyat nəticəsində 2 hərbçi məhv edilib, 19 nəfər isə yaralanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti