Rusiya Norveç Baş konsulunu ölkədən çıxarır

   Rusiya Norveç Baş konsulunu ölkədən çıxarır
  04 Avqust 2022    Oxunub:1032
Norveç səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Ona Norveç Baş konsulunun iyulun 6-da Murmanskda yerləşən hotelində yolverilməz davranışı ilə bağlı etiraz təqdim olunub. Rusiya XİN-dən bildirilib ki, Murmanskdakı hadisədən sonra Norveçin Baş konsulu Elisabet Ellinqsenin Rusiya ərazisində qalması qeyri-mümkündür.

Xatırladaq ki, hadisə hoteldə Baş konsuldan otağın təmizlənməsi üçün gözləməsi xahiş edildikdən sonra baş verib. Buna cavab olaraq Ellinqsen hotel işçilərinə “Ruslara nifrət edirəm! Mən Skandinaviyadanam və təmiz otaqlara öyrəşmişəm” deyərək etiraz edib.

AzVision.az



Teqlər:



Xəbər lenti