Britaniyada sosial şəbəkə istifadəçilərilə bağlı qəribə təklif

   Britaniyada    sosial şəbəkə istifadəçilərilə    bağlı qəribə təklif
  04 Avqust 2022    Oxunub:1565
Böyük Britaniyanın Mühafizəkarlar Partiyasından olan deputat Con Penrouz “İnternet Təhlükəsizliyi Qanunu” adlı layihəyə düzəliş təklif edib. Təklifə görə, onlayn platformaların istifadəçilərini keçmiş bəyanatlarının düzgünlüyünə əsasən qiymətləndirmək lazımdır. “Məqsəd dezinformasiya nəticəsində dəyən zərər riskini azaltmaqdır”, - təklifdə deyilir.
Təklifdə o da deyilir ki, şərhlər və rəylər də daxil olmaqla onlayn konrent yaradan və müəyyən sayda baxış qazanan istənilən istifadəçi onu indeksləşdirməli və həqiqliyini göstərməlidir. Daha sonra həmin şəxsin asçıqlamaları elə əks olunmalıdır ki, “hər hansı istifadəçi rastlaşdığı məzmunun ehtimal olunan faktiki etibarlılığı haqqında asanlıqla və əsaslandırılmış rəy yaza bilsin”.

"Sosial kredit reytinqi" sisteminin başqa bir təzahürü Böyük Britaniyada bütün sosial media istifadəçilərinin yazılarının düzgünlüyünü əvvəlcədən müəyyənləşdirən və "həqiqi qiymət" almağı tələb edən düzəliş təklifidir. Dəyişiklikdə deyilir ki, kontent yaradan, xəbərlər yerləşdirən və ya sadəcə olaraq “şərhlər” və ya “rəylər” yazan bütün istifadəçilər onların “tarixi-faktiki dəqiqliyini” ifadə edən bala əsasən sıralanmalıdırlar.

Qaydalar müəyyən olunmuş onlayn baxış həddinə çatan hər kəsə şamil ediləcək. Həmin həddi Böyük Britaniyanın rabitə tənzimləyicisi OFCOM müəyyənləşdirəcək.

Nadir Quliyev
AzVision.az


Teqlər: Sosial-şəbəkə  



Xəbər lenti