Türkiyənin yeni nəsil qanadlı raketi "Çakır" bu ilin sonunda buraxılacaq

   Türkiyənin yeni nəsil qanadlı raketi "Çakır" bu ilin sonunda buraxılacaq
  04 Avqust 2022    Oxunub:1489
Türkiyənin yeni nəsil qanadlı raketi "Çakır" bu ilin sonunda buraxılacaq.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu "ROKETSAN"ın baş direktoru Murat İkinci deyib.

O, bildirib ki, ROKETSAN-ın şüarı dənizin dibindən kosmosun dərinliklərinə qədər müdafiə üçün lazım olan bütün texnologiyaları inkişaf etdirə biləcək infrastruktur yaratmaqdır.

Murat İkinci Türkiyənin kosmosa müstəqil çıxışını təmin etdiyini vurğulayıb:

"Bunun üçün çox ciddi infrastruktur yaradılıb. Biz 2020-ci ildə Kosmik Sistemlər və Qabaqcıl Texnologiyalar Mərkəzini açdıq. Buradakı məhsullarla ölkə kosmos yarışında ön plana çıxır".

Baş direktor əlavə edib ki, növbəti hədəf kosmosa peyk daşıyacaq platformaları həyata keçirməkdir.


Teqlər:



Xəbər lenti