"Laçındakı ermənilər ayın sonuna kimi köçürüləcəklər" - Erməni mediası
"Arayik Arutyunyanın göstərişi ilə ayın sonuna qədər ərazidən çıxacağıq. Köçün kompensasiyası haqqında oratada heç nə yoxdur. Deyəsən, kompensasiya olmalıdır. Amma onun nə vaxt və necə reallaşcağını bilmirik”, - Laçında məskunlaşmış Anna Marqaryan "Azatutyan"a açıqlamasında deyib.
O qeyd edib ki, nəiniki təzminat, gəlmə ermənilərin bundan sonra hara gedəcəkləri barədə heç bir aydın söz eşitməyiblər. Onlar gedib Xankəndi meydanında oturaq aksiya keçirməyi planlaşdırırlar.
Ermənilərin "Aqavno" adlandırdıqları Zabuğla bağlı vəziyyət də eynidir.
Zabuğ "sakini" Narine Rasoyan jurnalistlə söhbətində deyib ki, "Arayik gəlsin suallarımızı cavablandırsın. Gözləyirəm. Mən Arayik Harutyunyanı "seçdim", 6 uşağım Qarabağda yaşayır. Gəlsin bizə cavab versin, başqa heç nə istəmirəm".
İddia olunur ki, təkcə Zabuğda məskunlaşdırılmış ermənilərin sayı 200-dən çoxdur.
Nəşr Zabuğ icmasının "başçısı" Andranik Çauşyandan məlum proseslə bağlı hansı qərarın qəbul edildiyini, hazırda kəndin boşaldılması planının olub-olmadığını öyrənməyə çalışıb. Çauşyan bütün suallara Arayikdən cavab almağı məsləhət bilib.
Xatırladaq ki, təxminən bir ay əvvəl Arayik Zabuğ məsələsi ilə bağlı danışıqları və "mübarizə"lərini davam etdirəcəklərini açıqlamışdı.
Tural Tağıyev
AzVision.az
Teqlər: