Səfirliyimizə hücum London polislərinin gözü qarşısında baş verib - FOTO

 Səfirliyimizə hücum London polislərinin gözü qarşısında baş verib -    FOTO
  05 Avqust 2022    Oxunub:1546
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin hücumu zamanı London polisi diplomatik korpusun qarşısında olub.
AzVision.az xəbər verir ki, polislər səfirliyin binasına daxil olan və vandalizm aktı törədən radikallara qarşı heç bir tədbir görməyib, əvəzində kənardan hadisələri izləyiblər.

Qeyd edək ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Böyük Britaniya Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyini təmin etməlidir. Artıq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və hücumla bağlı qəti etiraz bildirilib.





AzVision.az



Teqlər:





Xəbər lenti