Ərdoğan-Putin görüşü başladı - VİDEO

 Ərdoğan-Putin görüşü başladı -  VİDEO
  05 Avqust 2022    Oxunub:1794
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
AzVision.az xəbər verir ki, görüşün mətbuata açıq keçirilən hissəsində rusiyalı prezident taxıl dəhlizi, eləcə də Rusiya gübrəsinin tədarükü ilə bağlı razılaşmaların əldə olunmasında təşəbbüsünə görə R.T.Ərdoğana təşəkkürünü bildirib.

Eyni zamanda, R.T.Ərdoğan Rusiya ilə Türkiyənin münasibətlərdə yeni səhifə açacaqlarına ümidvar olduğunu bildirib.

Görüş zamanı liderlərin Türkiyənin Suriyadakı əməliyyatları, eləcə Türkiyədə inşası davam etdirilən "Akkuyu" atom elektrik stansiyasının inşası məsələsini müzakirə edəcəyi bildirilib.



AzVision.az



Teqlər:





Xəbər lenti