Aİ Şurası qaz istehlakını azaltmaq planını təsdiqlədi

Aİ Şurası qaz istehlakını azaltmaq planını təsdiqlədi
  05 Avqust 2022    Oxunub:1005
Avropa İttifaqı (Aİ) ölkələri bu qış təbii qaza tələbatın 15% azaldılması planını qəbul edib.
Bu barədə avqustun 5-də Aİ Şurası bəyanat yayıb. “Aİ-nin enerji təchizatının təhlükəsizliyini yaxşılaşdırmaq üçün Şura bu gün qışda təbii qaza tələbatın könüllü olaraq 15% azaldılmasına dair qətnamə qəbul edib”, - bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, qaza tələbatın azaldılmasında məqsəd Rusiyadan qaz nəqlində mümkün fasilələrə hazırlıqdır. Xüsusi reqlament 1 avqust 2022-ci ildən 31 mart 2023-cü il tarixinədək qüvvədədir.

AzVision.az


Teqlər:





Xəbər lenti