İsraildə ehtiyatda olan hərbçilər orduya çağırıldı

İsraildə ehtiyatda olan hərbçilər orduya çağırıldı
  05 Avqust 2022    Oxunub:1116
İsrailin müdafiə naziri Benni Qantz ehtiyatdan 25 minə qədər hərbçinin çağırılması barədə əmr imzalayıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Qərargah rəisi Koxavi İsrail Müdafiə Qüvvələrinə fövqəladə vəziyyət rejiminə keçməyi və əsas komanda məntəqəsini açmağı əmr edib.

Qeyd edək ki, cümə günü səhər saatlarında İsrail ordusu Qəzza zolağında Fələstinin “İslami Cihad” terror qruplaşmasının hədəflərinə qarşı “Sübh” əməliyyatına başladığını elan edib.



AzVision.az


Teqlər:





Xəbər lenti