Zaxarovadan azərbaycanlı diplomatlara dəstək : "Radikal hücum məni şoka salıb"

      Zaxarovadan azərbaycanlı diplomatlara dəstək   : "Radikal hücum məni şoka salıb"
  05 Avqust 2022    Oxunub:1842
"Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istərdim. Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə radikal hücum məni şoka salıb".
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün teleqram kanalında yazıb. Onun sözlərinə görə, vandallar diplomatik nümayəndəliyin ərazisinə soxulub, dövlət rəmzlərini təhqir edib, binaya ziyan vurub:

"Diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl daşıdır, bütün dünyada diplomatların rahat işini təmin edir. Belə hadisələr adi hal deyil. Vyana Konvensiyasının 1961-ci il Diplomatik Münasibətlər haqqında 22-ci maddəsinin 2-ci bəndinin mətnini sizə xatırlatmaq istərdim. Qəbul edən dövlətin xüsusi vəzifəsi var. Nümayəndəliyin binalarını hər hansı müdaxilədən, zədədən qorumaq və nümayəndəliyin dincliyinin pozulması və ya onun ləyaqətinin təhqir edilməsinin qarşısının alınması üçün bütün lazımi tədbirləri görsün.

Səfirliyin və diplomatların təhlükəsizliyini təmin etməli olan Britaniyanın hakimiyyət orqanlarına və polisə sual olunur: "Siz harada olmusunuz? Assanj xüsusilə Ekvador səfirliyində mühafizə olunurdu".

AzVision.az


Teqlər: Rusiya   London  





Xəbər lenti