Aİ-nin Rusiya kömürünə embarqosu nə vaxt qüvvəyə minəcək?

   Aİ-nin Rusiya kömürünə embarqosu nə vaxt qüvvəyə minəcək?
  06 Avqust 2022    Oxunub:930
Aİ-nin Rusiya kömürünün alınmasına dair embarqosu avqustun 10-da qüvvəyə minəcək.
“Enerji böhranına baxmayaraq, planlaşdırıldığı kimi, bütün Aİ ölkələri buna əməl etməlidir”. Bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Erik Mamer bildirib.

“Rusiya kömürünün tədarükünə embarqo apreldə qəbul edilmiş beşinci sanksiyalar paketinin bir hissəsidir. Avqustun 10-da keçid dövrü başa çatır (bu müddət ərzində Rusiya kömürünün alınmasına icazə verilirdi - TASS qeydi). Avropa Komissiyası əmindir ki, bütün Aİ ölkələri bu məhdudiyyətə əməl edəcəklər”, - deyə o, Aİ-yə Rusiya kömürünün tədarükü ilə bağlı sualı cavablandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti