Bayden koronavirusdan sağala bilmir

   Bayden koronavirusdan sağala bilmir
  06 Avqust 2022    Oxunub:884
ABŞ Prezidenti Cozef Baydenin növbəti koronavirus testinin nəticəsi açıqlanıb.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. ABŞ administrasiyasının rəhbərini müalicə edən həkim Kevin O Konnorun bəyanatına görə, Baydenin koronavirus testi növbəti dəfə müsbət çıxıb. ABŞ lideri ciddi özünütəcrid qaydalarına riayət etməyə davam edəcək. Kevin O Konnor bildirib ki, Prezident özünü çox yaxşı hiss edir.

Eyni zamanda Ağ Evin mətbuat xidməti Cozef Baydenin həyat yoldaşı Cillə birlikdə bazar ertəsi Kentukkiyə gedəcəyini də bildirib.


AzVision.az



Teqlər:





Xəbər lenti