Ukraynada Rusiyanın hərbi itkiləri 42 minə çatır

 Ukraynada Rusiyanın hərbi itkiləri 42 minə çatır
  06 Avqust 2022    Oxunub:1169
Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 41 900 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiya ordusunun digər döyüş itkiləri 1 802 tank, 4 051 zirehli döyüş maşını, 955 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 127 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 744 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 970 avtomobil texnikası və avtosistern, 85 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti