Erməni analitik: “Azərbaycan ardıcıl və addım-addım ilgəyi sıxır”

      Erməni analitik:    “Azərbaycan ardıcıl və addım-addım ilgəyi sıxır”
  06 Avqust 2022    Oxunub:1278
“Azərbaycan ardıcıl və addım-addım ilgəyi sıxır. Tarixlər, Ermənistanın vəziyyəti hesablanıb. “Milli axmaqlar” ya özünü aldatmaqla məşğuldurlar, ya da qəsdən camaatı çaşdırırlar”.

AzVision.az xəbər verir ki, bunu erməni analitik Njde Hovsepyan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, ermənilər özünü çıxılmaz vəziyyətə salıb, ondan klassik, sadə və ənənəvi üsullarla çıxmaq mümkün deyil.

“Qərb 2 tərəf arasında bərabərlik işarəsi qoymaqla və ya yumşaq çağırışlarla bu regionda gedən hərbi proseslərə obyektiv müdaxiləyə hazır olmadığını göstərir.

Rusiya primitiv sülhməramlı missiyadan yuxarı qalxmayacaq və sülhməramlı fəaliyyətə keçməyəcək. Bununla yanaşı, vəziyyətə uyğun olaraq, onun regionda mövcudluğunun qeydə alınması müqabilində Azərbaycana güzəştlər ediləcək. Hələlik Rusiyaya Xankəndinin olması və orada on minlərlə erməninin yaşaması lazımdır.

Ermənistan nəinki belə çətin vəziyyətdə daxili həmrəyliyə malik deyil, həmçinin belə vəziyyətlərdə daim təəccüb içində və hazırlıqsız yaxalanır”, - deyə erməni analitik vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti