BMT-nin baş katibi: "Bəşəriyyət dolu silahla oynayır"

      BMT-nin baş katibi:    "Bəşəriyyət dolu silahla oynayır"
  06 Avqust 2022    Oxunub:1414
Dünyadakı arsenallarda 13 minə yaxın nüvə silahı saxlanılır, lakin onlar "yer üzündən əbədi olaraq silinməlidir".
AzVision.az xəbər verir ki, bunu Xirosimada keçirilən mərasimdə BMT-nin baş katibi Antonio Quterreş deyib.

"Ciddi nüvə çalarları olan böhran Yaxın Şərqdən Koreya yarımadasına, Rusiyanın Ukraynaya təcavüzünə qədər sürətlə yayılır. Bəşəriyyət dolu silahla oynayır", - Quterreş xəbərdarlıq edib.

BMT-nin baş katibi vurğulayıb ki, ölkələr arasında yeni silahlanma yarışı vüsət alır, dünya liderləri yüz milyardlarla dollar dəyərində nüvə silahı ehtiyatlarını artırırlar.

AzVision.az


Teqlər:





Xəbər lenti