Kubada neft anbarı yanıb, 50-dən çox insan xəsarət alıb

Kubada neft anbarı yanıb, 50-dən çox insan xəsarət alıb
  06 Avqust 2022    Oxunub:938
Kubanın Matansas əyalətində neft anbarı bazasını ildırım vurması nəticəsində iri miqyaslı yanğın olub.
AzVision.az yerli mediaya istinadən xəbər verir ki, hadisə zamanı azı 52 nəfər xəsarət alıb.

Yaxınlıqdakı rezervuarda dörd partlayışın qeydə alındığı qeyd edilir. Zərərçəkənlərin hamısı hazırda xəstəxanaya yerləşdirilib, onlardan 10-nun vəziyyəti ağır, dördünün vəziyyəti kritikdir.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, neftin dağılması barədə məlumat verilmir.

Kubanın Energetika və Dağ Mədən Nazirliyi hadisənin Kubanın yaxınlıqda yerləşən ən böyük elektrik stansiyası “Antonio Qiteras”ın işinə təsir etmədiyini bildirib.

AzVision.az



Teqlər: Kuba   Yanğın  





Xəbər lenti