“Ermənistan Hava Yolları" şirkətində təyyarə qıtlığı yaranıb

“Ermənistan Hava Yolları" şirkətində təyyarə qıtlığı yaranıb
  06 Avqust 2022    Oxunub:1321
“Ermənistan Hava Yolları" şirkətində təyyarə çatışmazlığı özünü göstərir..
AzVision.az xəbər verir ki, bu barədə aviaşirkətin direktoru Gevorq Xaçatryan deyib.

O bildirib ki, Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən bəzi icarəçilər öz təyyarələrini geri çağırmağa başlayıblar. Bu isə bir çox aviaşirkətdə, o cümlədən Ermənistanda təyyarə çatışmazlığına səbəb olub.

Xaçatryan xüsusilə Moskvaya reyslərin təxirə salınması və gecikməsinin səbəbini bununla izah edib.

AzVision.az



Teqlər: Ermənistan   Təyyarə  





Xəbər lenti