Almaniyanın Braziliyadakı konsulu saxlanılıb

   Almaniyanın Braziliyadakı konsulu saxlanılıb
  07 Avqust 2022    Oxunub:1291
Braziliya polisi Almaniyanın Rio-de-Janeyro şəhərindəki konsulu Uve Herberti saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə ispandilli “Metropoles” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, diplomat vətəndaş nikahında olduğu Belçika vətəndaşı Valter Anri Maksimilian Biotu öldürməkdə təqsirli bilinir. Meyit aşkar olunan zaman konsul polisə bildirib ki, ölüm səbəbi onun alkoqolla birgə böyük dozada yuxu dərmanı qəbul etməsidir. Lakin tibbi ekspert meyitin üzərində çoxsaylı zorakılıq əlamətləri aşkar edib.

Hadisə baş verən gün alman diplomat katibəsini evə çağırıb. Sonuncu öz ifadəsində mənzildə qan izləri gördüyünü bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti