Ukraynanın növbəti gəmisi İstanbula çatdı

   Ukraynanın növbəti gəmisi İstanbula çatdı
  07 Avqust 2022    Oxunub:1045
Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanan “Taxıl və ərzaq məhsullarının Ukrayna limanlarından təhlükəsiz daşınması” müqaviləsi çərçivəsində avqustun 7-də Çernomorskdan hərəkət edən üçüncü gəmi İstanbul sahillərində lövbər salıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə bayrağı altında üzən 12 min ton qarğıdalı yüklü "Polarnet" adlı quru yük gəmisi İstanbulda birgə nümayəndə heyəti tərəfindən yoxlanıldıqdan sonra Derincəyə doğru hərəkət edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti