Ukrayna gəmilərinin Bosfordan keçməsinə icazə verildi

   Ukrayna gəmilərinin Bosfordan keçməsinə icazə verildi
  07 Avqust 2022    Oxunub:805
Bu gün günorta saatlarında İstanbulda Ukraynadan gələn qarğıdalı yükü olan “Polarnet” gəmisinə iki saat baxış keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Mili Müdafiə Nazirliyi məlumat yayıb.

Quru yük gəmisi icazə aldıqdan sonra Türkiyənin şimal-qərbindəki Kocaeli vilayətinin “Derince” limanına yol alacaq.

Məlumata görə, İstanbul Birgə Koordinasiya Mərkəzi yoxlamadan sonra Ukraynadan taxıl daşıyan “Polarnet” və “Rojen” quru yük gəmilərinin Bosfor boğazından keçməsinə icazə verib.

AzVision.az



Teqlər:





Xəbər lenti