Ukrayna taxılını daşıyan gəmi marşrutunu dəyişdi

Ukrayna taxılını daşıyan gəmi marşrutunu dəyişdi
  07 Avqust 2022    Oxunub:526
“Ukrayna taxılını daşıyan “Razoni” gəmisi marşrutunu dəyişib. Görünür gəmi yeni təyinat yeri ilə bağlı təlimat gözləyir”.
AzVision.az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Livanın ictimai işlər və nəqliyyat naziri Əli Hamiyə məlumat verib.

O, bildirib ki, yük gəmisi avqustun 1-də 26 min ton həcmində qarğıdalı ilə Odessa limanından çıxıb və bu gün səhər saatlarında Livana çatmalı idi.

Qeyd edək ki, avqustun 2-də Ukraynanın Odessa limanından​ yola düşən taxıl ilə dolu ilk gəmi İstanbula çatıb. Birgə Koordinasiya Mərkəzinin üzvləri tərəfindən gəmiyə baxış keçirilib.

AzVision.az

Teqlər:







Xəbər lenti