İsraildə yenidən hava hücumu siqnalları işə salındı

İsraildə yenidən hava hücumu siqnalları işə salındı
  07 Avqust 2022    Oxunub:892
Axşam saatlarında Tel-Əvivdə və İsrailin ən böyük beynəlxalq hava limanı Ben Qurionun yaxınlığında yerləşən qonşu Lod şəhərində hava hücumu siqnalları işə düşüb.
Bu barədə “The Jerusalem Post” məlumat yayıb. Qəzet qeyd edib ki, “İslami Cihad” qruplaşması yaraqlılarının cümə günündən etibarən Qəzza zolağından İsrailə atdığı raketlərin ümumi sayı 1 000-ə yaxınlaşır.

İsrailin Müdafiə Qüvvələri Fələstin anklavında “İslami Cihad” əleyhinə hərbi əməliyyat keçirir.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 20:00-da Qəzza zolağında atəşkəsin qüvvəyə minməsi barədə məlumat yayılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti