Qarabağda separatçılıq etmiş jurnalist Kosovadan qovuldu
Müəyyən məqsədlər və ya direktivlər üçün ölkəmizdə pozuculuğa çalışan və ya sabitliyi pozmağa cəhd edən hər kəs, şübhəsiz ki, Kosovo Respublikasının qanunlarının qüvvəsi ilə üzləşəcək”, - nazir vurğulayıb. DİN rəhbəri jurnalistin hərbi formada fotosunu da paylaşıb.
Qeyd edək ki, Aslamova iki gün əvvəl casusluq etdiyi üçün saxlanılıb. O, Rusiyanın “Komsomolskaya Pravda” media qrupunda çalışır.
Kosova tərəfi bildirib ki, Aslamova Rusiya kəşfiyyatına işləyir. Jurnalist Serbiya ilə münaqişənin kəskinləşməsindən bir həftə sonra Kosovaya daxil olmağa cəhd edib.
"Report"un araşdırması zamanı məlum olub ki, bu, D.Aslamovanın şübhəli fəaliyyətinə aid ilk fakt deyil. 2017-ci ildə Aslamova Xorvatiyanın saxta pasportu ilə Buxarestdən keçməklə Moldovaya getməyə cəhd edib. Amma o, hava limanından uzağa gedə bilməyib, çünki səfərinin məqsədini dəqiq izah edə bilməyib.
Xatırladaq ki, D.Aslamova ikinci Qarabağ müharibəsi zamanı təcavüzkar Ermənistana açıq dəstək verib. O, döyüşlər zamanı erməni hərbçilərin Azərbaycan ərazisini tərk etmədiklərini sübuta yetirmək üçün işğal altında olan ərazilərə səfər edib, reportajlar hazırlayıb. D.Aslamova jurnalist bitərəfliyini pozaraq ermənilərə dəstək məqsədilə onlarla xatirə fotoları da çəkdirib. O, müharibənin sonuna yaxın Qarabağdan qaçıb.
AzVision.az
Teqlər: