BMT Təhlükəsizlik Şurası Qəzzaya görə toplanır

BMT Təhlükəsizlik Şurası Qəzzaya görə toplanır
  08 Avqust 2022    Oxunub:869
BMT Təhlükəsizlik Şurası bazar ertəsi Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün toplanacaq.
Belə ki, BƏƏ, Çin, Fransa, İrlandiya və Norveçin Şuranın iclasını çağırmaq üçün müraciət edib.

Qeyd edək ki, daha əvvəl Fransa, Çin Qəzzadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının qapalı iclasının keçirilməsini istəyib.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti avqustun 5-də cümə günü “Sübh” əməliyyatına başladığını və Qəzzada “İslami Cihad” radikal qruplaşmasının hədəflərinə hücum etdiyini bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti