Sülhməramlılar erməni jurnalistləri dəhlizdən geri qaytarırlar

   Sülhməramlılar erməni jurnalistləri    dəhlizdən geri qaytarırlar
  08 Avqust 2022    Oxunub:1856
Azərbaycanın erməni təxribatlarına cavab olaraq həyata keçirdiyi "Qisas" əməliyyatından sonra İrəvanda gərginlik artıb. AzVision.az Ermənistan KİV-nə istinadən bildirir ki, ermənilər artıq Xankəndiyə əvvəlki tək gedib-gələ bilməmələrindən də narazılıq edirlər.
Sülhməramlılar Laçın dəhlizinə alternativ yola dislokasiya olunacaqlar
Məsələn, bir neçə gün əvvəl jurnalist Jirayr Voskanyan Qarabağa buraxılmayaraq geri göndərilib. Sülhməramlılar hətta onu acılayıblar, zirehli maşına oturdaraq ərazidən uzaqlaşdırıblar ki, Qarabağa xüsusi icazəsi olan şəxslər daxil ola bilərlər.

Bu gün oxşar hal yenidən yaşanıb. Jurnalist Ani Gevorqyan özünün Facebook səhifəsində yazaraq gileylənib ki, onu Azərbaycan ərazisinə buraxmayıblar.

- Rusiya sülhməramlıları məni Qarabağa buraxmırlar. Bir saata yaxındır gözləyirik ki, onlar ya bizə icazə versinlər, ya da niyə Laçına, Zabuxa gedə bilməyəcəyimi izah etsinlər. Deyirlər ki, ora buraxılmayacaq bir neçə jurnalist var. Mənim də niyə o siyahıda olmağımbəlli deyil. Ümid edirəm ki, bu yanlışlıqdır, Gevorqyan yazıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Sülhməramlı   Ermənistan  





Xəbər lenti