"Ermənistan hadisələri düzgün təhlil edərsə, regionumuz sabitləşəcək" - Ərdoğan

   "Ermənistan hadisələri düzgün təhlil edərsə, regionumuz sabitləşəcək" -    Ərdoğan
  08 Avqust 2022    Oxunub:1051
İnanıram ki, Ermənistan hadisələri düzgün təhlil edərsə, Azərbaycan və Türkiyənin səmimi çağırışlarına cavab verərsə, regionumuz sabitləşəcək.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.
O bildirib ki, meydanda güclü olmadan masada güclü olmanın çətinlikləri məlumdur:

"Azərbaycanın işğal altındakı torpaqlarının azadedilmə prosesi bunun ən bariz nümunəsidir. 30 ilə yaxın davam edən işğal qətliam və soyqırımı siyasəti qarşısında təəssüf ki, beynəlxalq ictimaiyyət heç bir addım atmadı”, - dövlət başçısı vurğulayıb.

Ərdoğan bildirib ki, əldə olunan razılaşmalarla Cənubi Qafqazda yeni dönəm başlayıb:
“Bu tarixi fürsətin əldən çıxmaması üçün çalışırıq. Bu günədək Azərbaycanla birgə bir çox addım atmışıq. Radikal erməni çevrələrinin sabotajına rəğmən Qafqazda daimi sülh yolunda önəmli məsafə qət etmişik. Ermənistanla xüsusi nümayəndələr səviyyəsində başlatdığımız görüşlər davam edir. Baş nazir Nikol Paşinyan Qurban Bayramı münasibətilə zəng vuranda çox konstruktiv danışıqlar apardıq.

AzVision.az



Teqlər:





Xəbər lenti