Rusiya İranın casus peykini orbitə çıxaracaq

   Rusiya    İranın casus peykini    orbitə çıxaracaq
  08 Avqust 2022    Oxunub:1595
Sabah Rusiya Yaxın Şərqdəki hərbi hədəflərə casusluq etmək üçün İran tərəfindən sifariş edilmiş kəşfiyyat peykini orbitə göndərməyi planlaşdırır.
Lakin əvvəlcə Rusiya hakimiyyəti bundan öz məqsədləri, yəni Ukraynada döyüşən öz ordusunun maraqları üçün istifadə etmək imkanı əldə edəcək. AzVision.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

“Bu, Moskva ilə Tehran arasında artan siyasi və hərbi əməkdaşlığın daha bir əlamətidir”, - nəşr yazıb.

Qeyd edilir ki, İranın “Canopus-5” seriyalı kosmik aparatın alınması ilə bağlı danışıqları dörd il davam edib. "Roskosmos" onu avqustun 9-da "Baykonur" kosmodromundan buraxmağı planlaşdırır. “Xəyyam” adlanan qurğu normal kamera ilə təchiz edilsə də o, Amerika kəşfiyyat peyklərindəkindən xeyli zəif sayılır. Lakin bu, iranlılara İsrail və Fars körfəzindəki obyektlərin demək olar ki, daimi monitorinqini aparmaq imkanı verəcək. Rusiya isə Ukraynadakı hərbi hədəfləri peyk vasitəsilə izləyə biləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Peyk  





Xəbər lenti