Türkiyə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə töhfələr verir - ATƏT

   Türkiyə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə töhfələr verir -    ATƏT
  09 Avqust 2022    Oxunub:994
Türkiyənin Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə töhfələri və maraqlı tərəflərlə işləməsi ATƏT üçün çox önəmlidir.

AzVision.az xəbər verir ki, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı ATƏT-in baş katibi Helqa Şmid deyib.
Onun sözlərinə görə, Türkiyə diplomatiyası dünyanın ən peşəkar diplomatik missiyalarından biridir.

"Türkiyə Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Bu səbəbdən Türkiyə bu plüralist dünya anlayışına ən uyğun ölkələrdən biridir. Türkiyənin Birləşmiş Millətlər Təşkilatı ilə taxıl sazişi ilə bağlı apardığı diplomatiya təqdirəlayiqdir. Çünki ərzaq mallarının və gübrələrin Ukraynadan çıxarılıb dünyaya daşınması çox vacibdir", - deyə H. Şmid əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti