"FTB əməkdaşları seyfimi sındırdılar" - Tramp

   "FTB əməkdaşları seyfimi sındırdılar" -    Tramp
  09 Avqust 2022    Oxunub:1434
FTB Donald Trampın Florida ştatının Palm-Biç şəhərindəki evinə prezident sənədlərinin, o cümlədən məxfi sənədlərin üç nəfər tərəfindən gətirilməsi ehtimalı ilə bağlı araşdırmanın bir hissəsi olaraq axtarış əmrini icra edib.
Trampın evində axtarışlar aparılıb
AzVision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Keçmiş prezident FTB agentlərinin onun Mar-a-Laqo kurortundakı evində olduğunu təsdiqləyib və "onlar hətta seyfimi sındırıblar" deyib.

- Mənim gözəl evim, Florida ştatının Palm-Biç şəhərindəki Mar-A-Laqo hazırda mühasirədədir, ora basqın edilir və FTB agentlərinin böyük bir qrupu tərəfindən zəbt olunub, - Tramp bazar ertəsi axşam verdiyi açıqlamada deyib.

Qeyd edək ki, bu gün ABŞ-ın keçmiş prezidenti Donald Trampın evində gözlənilməz axtarışların aparılması barədə məlumat yayılıb. Politico nəşri FTB işçilərinin malikanəni alt-üst edərək hansısa müəmmalı sənədləri tapmağa cəhd etdiklərini yazıb.

Xatırladaq ki, fevral ayında "Washington Post" qəzeti Milli Arxivlər və Qeydlər Administrasiyası (NARA) əməkdaşlarının keçmiş prezidentin Ağ Evdən çıxardığı bir neçə qutu sənədi müsadirə etməsini yazmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   FTB  





Xəbər lenti