"Moravietski Consonla görüşdən imtina edib" - Bloomberg

   "Moravietski Consonla görüşdən imtina edib" -    Bloomberg
  09 Avqust 2022    Oxunub:1256
Polşanın baş naziri Mateuş Moravietski gərgin iş rejimini əsas gətirərək Böyük Britaniyanın baş naziri vəzifəsini icra edən Boris Consonu qəbul etməkdən imtina edib. AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Boris Consondan "hasta la vista baby!"
Nəşr Polşa və Britaniya hakimiyyət orqanlarındakı mənbələrinə istinad edib.

Bildirilir ki, Britaniya və Polşa rəsmiləri bir neçə mümkün tarixlə bağlı müzakirələr aparıblar və avqustun 8-də Varşavada görüşmək barədə şərti razılığa gəliblərmiş.

Müəllif onu da yazıb ki, Consonun Polşaya səfəri məşhur britaniyalı siyasətçinin “vida” turunun bir hissəsi olmalı idi. Consonun mətbuat xidməti isə bəyan edib ki, səfər əvvəlcə keçən həftə üçün planlaşdırılıbmış. Lakin Böyük Britaniyanın baş naziri Şimali İrlandiyalı siyasətçi Devid Trimblenin dəfn mərasimində iştirak edib.

Mateuş Moravietskinin mətbuat xidməti isə məlum qalmaqala şərh verməkdən imtina edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Polşa   Görüş  





Xəbər lenti