Britaniya anomal istilərə hazırlaşır

Britaniya anomal istilərə hazırlaşır
  09 Avqust 2022    Oxunub:1114
Böyük Britaniya sakinləri yaxın günlərdə anomal istilərin yeni dalğası ilə üzləşəcəklər, krallığın cənub-qərbində havanın temperaturu 35 dərəcəyə çata bilər.
Bu barədə “BBC” məlumat yayıb. Britaniya Meteorologiya Xidmətinin əməkdaşı Tom Morqan bildirib ki, bu həftə istilər iqlim normasından yüksək olacaq. “Havanın temperaturu iyulda qeydə alınan rekord 40,3 dərəcədən aşağı olsa da, istilik dalğası uzana bilər. Biz uzun sürən quraqlıqdan danışırıq və bu, yağışın çox yaxşı qarşılanacağı İngiltərənin cənubu üçün mütləq pis xəbərdir”.

AzVision.az


Teqlər:





Xəbər lenti