KİV: “Hər ispaniyalı ildə 28 kq yemək israf edir”

      KİV:    “Hər ispaniyalı ildə 28 kq yemək israf edir”
  09 Avqust 2022    Oxunub:714
Hər bir İspaniya vətəndaşı ildə orta hesabla 28 kq ərzaq, xüsusilə souslar, dondurulmuş ətlər və paxlalılar israf edir.
Bu barədə ölkənin Kənd Təsərrüfatı, Balıqçılıq və Qida Sənayesi Nazirliyinin hesabatına istinadən “El Pais” qəzeti məlumat yayıb. Qeyd olunub ki, 2021-ci ildə 47 milyon əhalisi olan krallıqda təxminən 1,2 milyon ton ərzaq zibilliyə atılıb. Bu, bir il əvvəl qeydə alınan göstəricidən 8,6% azdır.

Nazirlik hesab edir ki, 2020-ci ilə nisbətən azalma ispan istehlakçılarının vərdişlərinin dəyişməsi, ərzaq məhsullarının qiymətlərinin artması və bu məsələ ilə bağlı maarifləndirmənin artması ilə əlaqədardır.

İspaniya hökuməti ilin sonuna qədər qidanın xarab olmasının qarşısını alan qanunu təsdiq etmək istəyir. Təşəbbüs yeməklərin zibilliklərə düşməsinin qarşısını almaq planı olmayan bar, restoran və supermarketlərə qarşı 60 min avroya qədər cərimə nəzərdə tutur.

AzVision.az


Teqlər:





Xəbər lenti