Blinken: “Dünyanın gələcəyi daha çox Afrikada asılı olacaq”

      Blinken:    “Dünyanın gələcəyi daha çox Afrikada asılı olacaq”
  09 Avqust 2022    Oxunub:563
Dünyanın gələcəyi daha çox Afrikanın gələcəyindən asılı olacaq, bu baxımdan ABŞ qitə ölkələri ilə münasibətlərə böyük diqqət yetirir.
Bunu Fransa Beynəlxalq Radiosuna (RFI) müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken deyib. “Dünyanın gələcəyi çox böyük ölçüdə Afrikada müəyyənləşəcək. 2050-ci ilə qədər planetin hər dörd vətəndaşından biri afrikalı olacaq, 2025-ci ilə qədər isə Afrika əhalisinin 50%-i 25 və daha gənc olacaq. Ona görə də Afrikada gələcək çox konkret şəkildə müəyyən edilir”-deyə, Blinken əlavə edib.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları Afrika ölkələri ilə daha güclü tərəfdaşlıq qurmaq, iqlim dəyişikliyi və koronavirus pandemiyasının təsirini daha tez şəkildə həll etmək daxil olmaqla, çətinliklərin öhdəsindən gəlməklə bağlı birlikdə işləməyə çalışır.

AzVision.az

Teqlər:







Xəbər lenti