İraq kürdləri Ərbildə erməni mədəniyyət mərkəzi açırlar

   İraq kürdləri Ərbildə erməni mədəniyyət mərkəzi açırlar
  09 Avqust 2022    Oxunub:1330
Ermənistan hakimiyyəti qədim Ərbil qalasında (YUNESKO-nun qorunan abidələr siyahısına daxil edilib-red.) erməni mədəniyyəti mərkəzinin açılması qərarına görə İraqın Kürdüstan bölgəsi rəhbərliyinə təşəkkür edir. AzVision.az xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyan Kürd muxtariyyətinin mədəniyyət və gənclərlə iş üzrə naziri Məhəmməd Səid Əlini qəbul edərkən deyib.
"Mən əminəm ki, belə bir mərkəzin yaradılması mədəniyyətlərin dialoquna töhfə verəcək", - Dumanyan söyləyib.

Nazir erməni və kürd xalqları arasında təmasların qədim dövrlərə gedib çıxdığını vurğulayıb, əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib.

O, həmçinin kürd nümayəndə heyətinə İrəvandakı qondarma "erməni soyqırımı" abidəsini ziyarət etmələri, İraq muxtariyyətinin hakimiyyət orqanlarına isə 44 günlük müharibə zamanı erməni xalqına dəstək olduqları üçün təşəkkür edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: İraq  





Xəbər lenti