ABŞ Səudiyyə Ərəbistanı ilə Qırmızı dənizdə təlim keçirəcək

ABŞ Səudiyyə Ərəbistanı ilə Qırmızı dənizdə təlim keçirəcək
  09 Avqust 2022    Oxunub:1248
Səudiyyə Ərəbistanı və ABŞ-ın Dəniz Piyadaları Korpusu bu həftənin ortalarından başlayaraq Səudiyyə Ərəbistanının qərbində keçiriləcək "Native Fury 22" ikitərəfli təlimində iştirak etmək üçün Qırmızı dənizdəki liman şəhəri Yanbuya gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Səudiyyə xəbər agentliyi məlumat yayıb.

Qeyd olunur ki, krallığın qərb sahilinin əsas ticarət və nəqliyyat limanı olan Yanbuda dəniz bazası yerləşir.

Agentliyin məlumatına görə, Qırmızı dənizdə Səudiyyə Ərəbistanı və ABŞ donanmalarının iştirak edəcəyi təlimlər bir neçə gün davam edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti